Windows 11

Windows 11
Yaradıcı Microsoft
İstehsalçı Microsoft
ƏS ailəsi Microsoft Windows
Bazası Windows 10
Mənbə kodu Qapalı qaynaq kodlu, Mənbə mövcuddur (paylaşılan mənbə təşəbbüsü ilə), Bəzi komponentlərdə açıq mənbə[1][2][3][4]
Buraxılış tarixi 5 oktyabr 2021[7]
Son versiya
  • 23H2 10.0.22631.3155[8]
  • 24H2 10.0.26063.1[9]
Yenilənmə üsulu Microsoft Store[d]
Son hazır versiya 10.0.22000.588 — 15 mart 2022
Dəstəklənən dillər 110 dil[5]
Dəstəklənən platformalar x86_64[d], ARM[d]
Nüvə tipi Hibrid nüvə (Windows NT nüvəsi, Linux nüvəsi[6])
İnterfeys Windows shell (qrafiki)
Lisenziya istifadəçi razılaşması[d]
Veb-saytı microsoft.com/en-us/wind…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Windows 11 — "Microsoft" korporasiyası tərəfindən hazırlanmış "Windows NT"nin əsas versiyası. 5 oktyabr 2021-ci ildə buraxılmışdır. Əvvəlki "Windows 10" (2015) üçün ödənişsiz yeniləmə kimi "Windows 11" sistem tələblərinə cavab verən istənilən "Windows 10" cihazları üçün mövcuddur. Bu əməliyyat sistemini sistem tələblərinin məhdudiyyətlərini yan keçərək dəstəklənməyən cihazlarda da quraşdırmaq mümkündür.

"Windows 11"də "Windows shell"ə əsaslı dəyişikliklər tətbiq edilmişdir. Bu dəyişikliklərə ləğv edilmiş "Windows 10X" təsir göstərmişdir. Xüsusiyyətlərə yenidən işlənmiş start menyusu, tapşırıqlar panelinin "canlı plitələr"in ayrıca "Vidjetlər" paneli ilə əvəz edilməsi, qrup şəklində tapşırıqlar panelindən minimuma endirilə və bərpa oluna bilən kirəmitli pəncərə dəstləri yaratmaq imkanı daxildir. Bundan əlavə, "Xbox Series X" və "Series S"dən uyğun avadanlıqlarda avtomatik HDR və "DirectStorage" kimi yeni videooyun texnologiyaları mənimsənilmişdir. "Internet Explorer" (IE) standart veb brauzer olaraq "Chromium" əsaslı "Microsoft Edge" ilə əvəz edilmişdir. "Microsoft Teams" tətbiqi "Windows shell"ə inteqrasiya olunmuşdur. "Microsoft" həmçinin, "Microsoft Store" vasitəsilə paylana bilən proqram təminatında daha çox çeviklik yaratmağı və "Windows 11"də "Android" proqramlarını dəstəkləməyi planlaşdırdığını açıqlamışdır.

"Windows 11" üçün sistem tələbləri təhlükəsizlik mülahizələrinə əsas gətirilərək "Windows 10" ilə müqayisədə artırılmışdır. "Microsoft" yalnız səkkizinci nəsil "Intel Core CPU" və ya daha yeni (bəzi kiçik istisnalarla), ikinci nəsil "AMD Ryzen CPU" və ya daha yeni, "Qualcomm Snapdragon 850 ARM system-on-chip"dən istifadə edən cihazlarda əməliyyat sistemini rəsmi olaraq dəstəkləyir. UEFI və "Trusted Platform Module" (TPM) 2.0 dəstəklənməli və aktivləşdirilməlidir (baxmayaraq ki, "Microsoft" OEM-lər üçün TPM 2.0 tələbinə istisnalar edir). Əməliyyat sistemini dəstəklənməyən prosessorlarda quraşdırmaq mümkündür, lakin "Microsoft" yeniləmələrin burada mövcud olmasına zəmanət vermir. "Windows 11" 32-bit x86 və 32-bit ARM CPU və BIOS proqram təminatından istifadə edən cihazlar üçün dəstəyi aradan qaldırmışdır.

"Windows 11" tənqidçilərdən olduqca müsbət rəylər almışdır. Buraxılışından əvvəl əməliyyat sistemi haqqında mətbuatda dərc olunan yazılar onun daha sərt aparat tələblərinə yönəlmişdi. Müzakirələr bu tələblərin faktiki olaraq "Windows"un təhlükəsizliyini yaxşılaşdırmaq məqsədi daşıdığı, yoxsa müştərilərə yeni cihazları daha rahat satmaq üçün istifadə edilən bir hiylə kimi olub-olmaması ilə bağlı idi. Dəyişikliklərlə bağlı elektron tullantılar da müzakirə mövzusu olmuşdur. "Windows 11" buraxıldıqdan sonra vizual dizaynın təkmil formaya salınması, pəncərə idarəetməsi və təhlükəsizliyə daha çox diqqət yetirdiyi üçün təriflənmişdi. Buna baxmayaraq, istifadəçi interfeysinin aspektlərinə edilən müxtəlif dəyişikliklərə görə tənqid olunmuşdur, bunun əvvəlki versiyasından daha pis göründüyü düşünülmüşdür. Bu dəyişikliklərdən bəziləri istifadəçiləri rəqib tətbiqlərə keçməkdən çəkindirmək cəhdi kimi qiymətləndirilmişdir.[10]

2023-cü ilin iyul ayına olan məlumata görə, "Windows 11" dünya üzrə 24% istifadə ilə ikinci ən populyar "Windows" versiyasıdır.[11][12] Onun əvvəlki versiyası olan "Windows 10"un bazar payı üç dəfə çoxdur. Bütün fərdi kompüterlərin təxminən 16%-nə (qalanı digər "Windows" buraxılışları, həmçinin "macOS" və "Linux" kimi digər əməliyyat sistemləridir) və bütün cihazların (mobil, planşet və konsol) 7%-i[13] "Windows 11" ilə işləyir.

  1. "Programming language tools: Windows gets versatile new open-source terminal". ZDNet (ing.)). 7. may 2019. 3. avqust 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16. iyun 2021.
  2. "Microsoft is open-sourcing Windows Calculator on GitHub". ZDNet (ing.)). 6. mart 2019. 3. iyul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16. iyun 2021.
  3. ""GitHub – microsoft/Windows-Driver-Frameworks"". GitHub (ing.)). 14. yanvar 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31. avqust 2020.
  4. ""Windows Forms"". GitHub (ing.)). 13. sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31. avqust 2020.
  5. "Local Experience Packs". Microsoft (ing.)). 21. iyul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16. iyun 2021.
  6. "Windows Subsystem for Linux Documentation". Microsoft (ing.)). 15. sentyabr 2020. 8. iyun 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15. iyun 2021.
  7. Warren T. Microsoft will release Windows 11 on October 5th (ing.): Windows 11 will be offered as a free upgrade. // The Verge 2021.
  8. 13 февраля 2024 г. — KB5034765 (сборки ОС 22621.3155 и 22631.3155). 2024.
  9. Announcing Windows 11 Insider Preview Build 26063 (Canary Channel). 2024.
  10. Warren, Tom. "Microsoft is making it harder to switch default browsers in Windows 11". The Verge (ingilis). August 18, 2021. March 20, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 10, 2023.
  11. "Desktop Windows Version Market Share Worldwide". StatCounter Global Stats (ingilis). April 20, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 20, 2023.
  12. "Statcounter: only 15% of Windows users upgraded to Windows 11". Neowin LLC (ingilis). November 2, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 3, 2022.
  13. "Operating System Market Share Worldwide". StatCounter Global Stats (ingilis). February 15, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 2, 2023.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search